
27 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “EMBAFİNANS” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Kommersant.az xəbər verir ki, qeyd olunan AZ2014020609 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.03.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2014020609
İstiqrazların növü və forması
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Birqəymətli
İstiqrazların sayı
2,000 ədəd
İlkin ticarət qiyməti
1,000 manat
İstiqrazların buraxılış həcmi
2,000,0000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)
Tədavül müddəti
1 il
Hərrac qiyməti*
1,000 manat
Reallaşdırılmış həcm
2,000,0000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)
2,000,0000 manat
İnvestor sayı
4
Sifariş sayı
4
Anderrayter
“Unicapital İ.Ş.” QSC