“Əl-Nəsr” Asiya Elit Çempionlar Liqasının 1/8 final matçında İran təmsilçisi “İstiqlal”ı məğlub edib.
Publika.az xəbər verir ki, Ər-Riyadda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandasının qollarından birini penaltini dəqiq yerinə yetirən Kriştiano Ronaldo vurub. Yeni transfer Con Duran dubl edib.
Komandalar arasında İranda baş tutan ilk oyun qolsuz bərabərliklə başa çatdığından "Əl-Nəsr" Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.