
Meksikada sərnişin avtobusu qarşıdan gələn avtobillə toqquşub və dərəyə yuvarlanıb.
Reyting.az xəbər verir ki, bu barədə Meksika vilayət hökuməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, qəza nəticəsində 11 nəfər ölüb, 12-si isə yaralanıb.
“Ştat rəhbərliyi Bazar ertəsi Mitla-Tehuantepek avtomobil yolunda, Santo Dominqo Narro icmasının girişindən 200 metr aralıda avtobusun aşması nəticəsində 11 nəfərin ölümündən təəssüflənir”, - deyə məlumatda bildirilir.
V. QULİYEV