AZ

Makron bu postsovet ölkəsini xəbərdar etdi: Rusiya sabitliyi pozmaq istəyir

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Moldovada və onun demokratik təsisatlarında sabitliyi pozmaq üçün getdikcə aşkar cəhdlərindən danışıb.

Publika.az xəbər verir ki, bu barədə "Le Monde" yazıb.

Martın 10-da Makron Moldova prezidenti Maia Sandu ilə ölkələri dezinformasiyaya qarşı mübarizədə və seçki proseslərinin qorunmasında qüvvələri birləşdirməyə məcbur edən ikitərəfli saziş imzalayıb. Fransa prezidenti qeyd edib ki, Moldova Rusiya təhlükəsinin ön cəbhəsindədir:

“Biz Moldovanın xarici müdaxilələrə davamlılığını artırmaq üçün əməkdaşlığımızı daha da gücləndirmək qərarına gəldik”, - o qeyd edib.

Sandunun vurğuladığı kimi, onun ölkəsi də yaxşı başa düşür ki, Rusiya heç bir vədi yerinə yetirmir, həm də müasir imperializm siyasəti aparır.

Seçilən
10
publika.az

1Mənbələr