Dünyaca məşhur supermodel Heyli Biber oğlunun yeni fotolarını paylaşıb.
OLAY yazır ki, şəkilləri podium ulduzu instaqram səhifəsində yayımlayıb.
Heyli bir kadrda qucağında uzanmış oğluna mehribanlıqla baxır. Digərində körpə ovucları ilə anasına uzanır, onun hasır papağını qoparmağa çalışır.
Heyli bu dəfə də oğlunun üzünü gizlədib. Biberlər bu məsələdə qətiyyətlidirlər.
Şəkillər günəş işığı, incəlik və sevgi ilə dolu olsa da, məşhur ailənin həyatında, şayiələrə görə, hər şey o qədər də xoş deyil. Ən azı, Heyli uzun müddətdir davam edən mübahisəyə görə valideynlərinə kiçik Ceklə ünsiyyətə icazə vermir.
Mənbələr modelin Castin Biberlə evliliyinin dağıldığını deyirlər. Buna səbəb müğənninin depressiyaya düşdüyünü və qanunsuz maddələrdən istifadə etməyə başlamasıdır. Sənətçinin nümayəndəsi isə, deyilənlərin şaiyə olduğunu bildirsə də lakin pərəstişkarları kumirinin vəziyyətindən narahat olmaqda davam edirlər.
Qeyd edək ki, 2024-cü ilin avqustunda Heyli və Castin Biber ilk dəfə valideyn olublar. Cütlüyün oğulları Cek dünyaya gəlib.


