“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah karyerasını “Barselona”da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, misirli futbolçunun nümayəndələri artıq onun xidmətlərini Kataloniya klubuna təklif ediblər. Bildirilir ki, əgər keçid baş tutarsa, Salah maaşının əhəmiyyətli dərəcədə azalması ilə razılaşmalı olacaq. Bu, “Barselona”nın La Liqanın maliyyə tələblərinə uyğun olması üçün vacibdir.
Kataloniya klubu təcrübəsinə və oyun keyfiyyətinə görə Salahı heyətində görmək istəyir. Lakin ciddi danışıqlar yalnız futbolçunun maaşında güzəştə getməsi şərti ilə mümkündür.
Qeyd edək ki, cari mövsümdə Salah bütün turnirlərdə 39 oyunda iştirak edib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 55 milyon avro təşkil edir.