Moskvada Vnukovo və Şeremetyevo hava limanlarında uçuş təhlükəsizliyini təmin etmək üçün təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
"Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda bildirilib.
“Rosaviasiya” Domodedovo hava limanında mülki hava gəmilərinin qəbulu və göndərilməsi üzrə məhdudiyyətlərin tətbiq edilməsi barədə məlumat yayıb.
Daha əvvəl paytaxtın meri Sergey Sobyanin rəsmi teleqram kanalında bildirib ki, Moskvaya yaxınlaşarkən vurulmuş pilotsuz uçuş aparatlarının sayı 69-a çatıb.