AZ

Zelenski hakimiyyəti itirməkdən qorxur - "Focus"

Ukrayna prezidenti Vladimir Zelenski münaqişə bitdikdən və Rusiya ilə sülh sazişi imzalandıqdan sonra hakimiyyəti itirməkdən qorxur. Bu barədə Almaniyanın “Focus” jurnalı yazıb. Şərqi Avropa məsələləri üzrə ekspert Alexander Libman bildirib ki, Ukrayna prezidenti ölkədə keçiriləcək seçkilərdə böyük çətinliklərlə üzləşəcək. Çünki Zelenski hələ də xalqına verdiyi vədləri yerinə yetirməyib və məqsədlərin bir çoxuna nail olunmayıb.

Ekspert qeyd edib ki, Zelenski yalnız Rusiya ilə düşmənçilik davam edən bir durumda hakimiyyətdə qala bilər. Libman vurğulayıb ki, müharibə Ukraynada hakimiyyətin indiki prezidentin əlində görünməmiş şəkildə cəmləşməsinə gətirib çıxarır: "Zelenski mediaya da nəzarət edir. Münaqişənin sonu hakimiyyətin bu konsentrasiyasının sona çatmasına gətirib çıxaracaq".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Seçilən
25
2
news365.az

3Mənbələr