AZ

Separatçılar İrəvanda toplaşdı: Xaricdən qayıdan Oskanyan onlara nə xəbər gətirib?

Qarabağdan qaçan separatçılar hələ də ümid edirlər ki, gələcəkdə Azərbaycan ərazilərini yenidən işğal edə biləcəklər.

Publika.az xəbər verir ki, bu məsələdə onlara bəzi ölkələrin mənasız qərarları və İrəvandakı revanşistlər saxta ümid verirlər.

Onlardan biri də Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyandır.

Xaricdəki dəstəkçiləri vasitəsilə hakimiyyətə gəlmək istəyən Oskanyan daxildə də separatçıların köməyinə arxalanır.

Oskanyan yenə də bir neçə xarici ölkədə olub, orada “çayxana görüşləri” keçirib və İrəvana “yüksək əhval”da qayıdıb.

Qayıdan kimi də separatçıların nümayəndələri ilə görüşüb. Onları inandırmağa çalışıb ki, Ermənistanda hakimiyyət dəyişsə, Qarabağa qayıtmaq şansı yarana bilər. Bu barədə “Hraparak” nəşri yazıb.

Seçilən
20
publika.az

1Mənbələr