AZ

Moskvada 69 PUA vuruldu

Hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan Ukrayna Silahlı Qüvvələrinə məxsus 69 pilotsuz təyyarəni vurub. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin Telegram kanalında məlumat yayıb.

Şəhər rəhbəri əlavə edib ki, ilkin məlumatlara görə, PUA-nın qalıqlarının düşdüyü yerlərdə dağıntılar yoxdur. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyirlər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Seçilən
19
news365.az

1Mənbələr