Klubların dünya reytinqi yenilənib.
Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 501 klubdan ibarət siyahı tərtib edib.
Azərbaycanın 3 klubu “500-lüy”ə düşə bilib ki, onlardan ikisi geriləyib. Belə ki, “Qarabağ” 16, “Zirə” 11 rəqibini önə buraxıb. Hazırda ağdamlılar 147,75 xalla 103-cü, qəsəbə təmsilçisi isə 98,25 xalla 219-cu yerdədir.
Əvəzində “Sabah” irəliləyişə nail olub. Komanda 61 pillə irəliləyərək, 68,5 xalla 353-cüdür.
Dünya reytinqinə aktivində 507 xal olan “Real” başçılıq edir.