AZ

Vulkan püskürdü, 30 min insan...

Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Qvatemaladakı Fueqo vulkanında püskürmə baş verib.

News24.az xəbər verir ki,  vulkanik fəaliyyətlə əlaqədar riskli ərazilərdə yaşayan 300 ailə evlərindən təxliyə edilib.

Səlahiyyətlilər 30 min insanın təxliyə riski altında olduğunu açıqlayıb.

İndiyə qədər heç bir can itkisinin olmadığı bildirilsə də, bir çox məktəbdə ehtiyat tədbiri olaraq təhsilin dayandırıldığı və riskli yolların nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı da bildirilib.

Onu da xatırladaq ki, sonuncu dəfə 2018-ci ildə Fueqo vulkanında baş vermiş partlayış nəticəsində 215 nəfər həlak olub.


Günel Məlikzadə

Seçilən
47
news24.az

1Mənbələr