AZ

Britaniya sahillərində zəhərli yük daşıyan gəmilər toqquşdu: Ən azı 32 nəfər...

Şimal dənizinin Böyük Britaniya sahillərində ABŞ bayrağı altında üzən “Stena Immaculate” neft tankeri və Portuqaliya bayrağı altında üzən “Solonq” yük gəmisi toqquşub.

Publika.az xəbər verir ki, toqquşma hər iki gəminin göyərtəsində yanğınlarla nəticələnib.

Böyük Britaniyanın Sahil Mühafizəsi toqquşmanın Şərqi Yorkşir sahillərində səhər saat 9:48-də baş verdiyini bildirib.

Böyük Britaniyanın Dəniz və Sahil Mühafizəsi Agentliyi fövqəladə hallara cavab tədbirlərini koordinasiya etdiyini bildirib. Hadisə yerinə bir xilasedici helikopter və xilasedici qayıqlar cəlb olunub. Yanğınlar davam edir, potensial çirklənmə qiymətləndirilir

183 metrlik "Stena Immaculate" tankeri toqquşma zamanı lövbərdə olub. O, martın 9-u bazar günü Killinqholm limanına gəlib. O da məlumdur ki, fevralın 27-də tanker Yunanıstanın Agioi Teodoroi limanını tərk edib. 140 metrlik konteyner gəmisi “Solonq” bir gün əvvəl Şotlandiyanın Qrençmut limanını tərk edib və martın 10-u bazar ertəsi axşam Niderlandın Rotterdam limanına çatmalı idi .

Gəmilərin toqquşması nəticəsində ən az 32 nəfər yaralanıb . Onlar Qrimsbi limanına aparılıb və orada onlara lazımi kömək göstərilib. Hər iki gəmidə ümumilikdə 36 nəfər olub.

Seçilən
21
publika.az

1Mənbələr