AZ

ABŞ-da vertolyot qəzası - Ölənlər var

Hurriyyet.az xəbər verir ki, ABŞ-da tibb vertolyotunun qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.

Missisipi Universitetinin tibb mərkəzinin vertolyotu Medison rayonunda, meşə ərazisində qəzaya uğrayıb.

Bu barədə CBS telekanalı məlumat verib.

Missisipi Universitetinin tibb mərkəzinin təmsilçilərinin sözlərinə görə, vertolyotda təhsil müəssisəsinin iki əməkdaşı və bir nəfər pilot olub. Qəzanın səbəbləri və təfərrüatları araşdırılır.

Hürr Tərcüman

Seçilən
31
hurriyyet.az

1Mənbələr