Süper Liqanın 27-ci turunda “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib.

Offsideplus.az xəbər verir ki, matç öncəsi tribunada maraqlı anlar yaşanıb. “Beşiktaş” azarkeşlərindən biri sevgilisinə evlilik təklifi edib. Qızın təklifi qəbul etməsi stadionda böyük coşqu ilə qarşılanıb. Daha sonra cütlük tribunadakı azarkeşlərə “üçlü” çəkdirib.

Bu anlar stadionda və sosial mediada azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, matçda "ağ-qaralar" 2:1 hesabı ilə məğlub olub.

Həmin görüntüləri təqdim edirik: