AZ

ABŞ İranın neft ixracının qarşısını mütləq alacaq – Energetika naziri

Donald Tramp administrasiyası İran neftinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Wright Bloomberg Televiziyasına müsahibəsində deyib.

O, Bayden hakimiyyətini İrana qarşı sanksiyalara nəzarəti zəiflətməkdə ittiham edib: "Tramp sonuncu dəfə prezident olanda İran neftinin ixracı dibdə idi. Co Bayden sanksiyaları ləğv etmədi, lakin o, sanksiyaları tətbiq etməyi dayandırdı və bu, İranı zənginləşdirdi".

Rayt Tramp administrasiyasının İran neftinin ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu vurğulayıb: "Biz İranın neft tədarükünün qarşısını ala bilərikmi? Mütləq"./Musavat.com

Seçilən
17
sitat.info

1Mənbələr