AZ

Xəyal: “Özümü rəqabətə hazır hiss edirəm”

“Sumqayıt” Premyer Liqanın XXVI turunda “Kəpəz”i məğlub edib – 3:0.

“Kimyaçılar”ın qolkiperi Xəyal Fərzullayev matçdan sonra “Futbolpress.az”ə fikirlərini bölüşdü:

“Çətin dönəmlərdən keçirik. Bu oyun bizim üçün çox vacib idi. “Qara zolaq”dan çıxmaq istəyirdik. Şükür ki, bunu bacardıq. Bu qələbədə komanda ilə birlikdə olduğum üçün çox şadam”.

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov son iki matçda “çərçivə”ni Xəyala əmanət edir. Qapıçı rəqabətə hazır olduğunu bildirdi:

“Bu şəhərin bir parçasıyam, klubun yetirməsiyəm. Baş məşqçimiz nə vaxt güvənsə, əlimdən gələnin ən yaxşısını etməyə hazıram. Həm Mehdi Cənnətovdan, həm də Rəşad Əzizlidən hər zaman öyrənirəm. Özümü rəqabətə hazır hiss edirəm. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Yekun qərar məşqçilərindir”.

“Sumqayıt” qələbə ilə autsayder “Səbail”i 7 xal üstələdi. Fərzullayev fərqin rahatlaşmamalı olduqlarını deyib:

“Çempionat elə davam edir ki, hər xalın çox önəmi var. Rahatlaşmağ olmaz .İnanıram ki, bundan sonrakı oyunlardada yaxşı nəticələr qazanacayıq”.

Şahin Cəfərov

Seçilən
25
futbolpress.az

1Mənbələr