AZ

Nəsimidə polis əməliyyat keçirdi: 4 kiloqram narkotik vasitə aşkarlandı (FOTO)

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizətədbirləri davam etdirilir.

Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.

Məlumata görə, daxil olan məlumat əsasında keçirilən sonəməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onunüzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddəmetamfetamin aşkarlanaraq götürülüb.

"E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İranvətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu vənarkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərəkayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Ümumilikdə isə Nəsimi rayonunda cari ilin əvvəlindən polisinkeçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 110 faktaşkarlanıb və nəticədə 24 kiloqram narkotik vasitə qanunsuzdövriyyədən çıxarılıb", - məlumatda qeyd edilib.

Nəsimidə
Nəsimidə
Məqalədə:
Seçilən
12
14
az.trend.az

10Mənbələr