AZ

Filippinin keçmiş prezidenti saxlanılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Filippinin keçmiş prezidenti Rodriqo Duterte (2016-2022) saxlanılıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Filippin Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
İttihama əsasən, Rodriqo Dutertenin prezident olduğu dövrdə narkotik maddələrdən istifadə və ya satışa görə 30 minə yaxın şəxs heç bir məhkəmə qərarı olmadan hüquq-mühafizə orqanlarının əməliyyatları zamanı öldürülüb.
Qeyd olunur ki, insanlığa qarşı cinayət törətməkdə ittiham edilən prezident Rodriqo Duterte hazırda həbsxanaya yerləşdirilib, araşdırmalar davam etdirilir.
Seçilən
23
24
oxu.az

10Mənbələr