AZ

Berlin 2025-ci ildə Avropanın Musiqi Paytaxtı elan edilib

Artıq 2025-ci il üçün Almaniya paytaxtında 1200-ə yaxın konsertin keçirilməsi planlaşdırılır.

QHT.az xəbər verir ki, 2024-cü ildə konsert turizminə maraq artıb. Musiqisevərlər pandemiyadan sonra sevimli ifaçılarını izləmək üçün səyahət etməyə başlayıblar. Taylor Swift və Beyoncé kimi ulduzların dünya turları bu tendensiyanı gücləndirib. Accor şirkətinin araşdırmasına görə, Berlin Avropanın ən musiqili şəhəri seçilib. 2025-ci ilə qədər burada 1200-ə yaxın konsert planlaşdırılıb. Şəhərin musiqi tədbirləri ilə bağlı axtarış sorğuları aylıq 365 mini ötür, konsert məkanlarının orta reytinqi isə 4,56-dır.

Berlinin bu mövqeyi geniş sənət səhnəsi, çoxsaylı məkanları və rahat qaydaları ilə izah edilir. İkonik musiqi məkanları arasında SO36, Berghain və 1936-cı il Olimpiadası üçün inşa edilmiş Waldbühne var.

İlk üçlüyə Böyük Britaniyanın London və Mançester şəhərləri də daxildir. Almaniyanın Hamburq, Münhen və Frankfurt şəhərləri də ilk 15-likdə yer alıb.

 

R.İmanov

Seçilən
21
qht.az

1Mənbələr