“Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur”.TƏHSİL.BİZ xəbər verir ki, bu barədə regional idarədən “Azərbaycan müəllimi”nin sorğusuna verilən cavabda qeyd edilib.Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılması da əlavə edilib.Xatırladaq ki, dünən Gəncə şəhərində məktəblinin bıçaqlanması ilə bağlı məlumat yayılmışdır.