
Donald Tramp administrasiyası İran neftinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Reyting.az xəbər verir ki, bunu ABŞ-nın energetika naziri Kris Rayt bildirib.
Trampın ötən prezidentlik dövründə İran neftinin ixracının minimum səviyyəyə düşdüyünü xatırladan Rayt deyib ki, ABŞ-nın keçmiş prezidenti Bayden sanksiyaları ləğv etməsə də, onun tətbiqini dayandırıb və nəticədə İranı zənginləşib.
Rayt Tramp administrasiyasının İran neftinin ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu vurğulayıb.
E. KAMAL