AZ

Qarabağdan Zəngəzura gedən yol qayıdış idealını və hərəkatını formalaşdırır - Zahid Oruc

Bakı. Trend:

Qərbi Azərbaycanın sərvətləri bütövlükdə millətimizə məxsusdur.Ona görə də tarixi torpaqlara qayıdış təkcə bir bölgə əhalisinə aidola bilməz- Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixitorpaqlara dinc, sülhpərvər və qanuni dönüş də xalqımızıbütövləşdirməyə, vahidliyini qorumağa xidmət edir.

Trend xəbər verir ki, bunu bugün Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, MilliMəclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc“Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransındaçıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Qarabağ hadisələri İrəvandanbaşlandığı üçün orada da bitəcək:

“Qərbi Azərbaycan məsələsinin tarixi, mədəni, mənəvi kökləri iləyanaşı, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri var. Onudiplomatik təzyiq vasitəsi qəbul etmək yanlışdır.

Son iki ildə Qərbi Azərbaycana qayıdış üzrə görülən işlərinmiqyasını qiymətləndirmək bir konfransın işi deyil. Aparılansiyasət bəlli səbəblərdən bütün miqyası ilə cəmiyyətə və dünyayaçıxarılmasa da, dəqiq strateji hədəflərinə, vəzifə bölgüsünə vəyüksək təşkilati, informativ və ideoloji sistemliliyinə, nəhayət,hesabatlılığına görə yüksək səviyyədədir və hər keçən gün daha davüsət alır”.

Zahid Orucun sözlərinə görə, Qarabağdan Zəngəzura gedən yolqayıdış idealını və hərəkatını formalaşdırır.

“Şübhə etmirik ki, Qərbi Azərbaycana qayıdışın reallaşmasındaregionun və dünyanın aparıcı dövləti qardaş Türkiyənin, təşkilatkimi Türk Dövlətləri Təşkilatının rolu artacaqdır. İnanırıq ki,Zəngəzur dəhlizinin açılması Qərbi Azərbaycana qayıdışısürətləndirəcək”, - deyə deputat qeyd edib.

Məqalədə:
Seçilən
37
1
az.trend.az

2Mənbələr