Martın 24-də yaradılacaq Yaponiya Özünümüdafiə Qüvvələrinin yeni Birgə Əməliyyat Komandanlığına hazırda Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini vəzifəsini icra edən general-leytenant Kenitiro Naqumo rəhbərlik edəcək.
Herbiand.az TASS-a istinadən bildirir bu barədə Yaponiyanın baş katibi Yosimasa Hayasi deyib.
Baş katib qeyd edib ki, Nazirlər Kabinetinin iclasında Hava Özünümüdafiə Qüvvələrinin general-leytenantı Kenitiro Naqumonun martın 24-dən yeni Birgə Əməliyyatlar Komandanlığının rəhbəri vəzifəsinə təyin edilməsi təsdiqlənib.
Onun sözlərinə görə, belə bir komandanlığın yaradılması Özünümüdafiə Qüvvələrinin əməliyyatlarına mütəmadi olaraq mərkəzləşdirilmiş şəkildə nəzarət etməyə və dəyişən vəziyyətlərə cavab verməyə qadir olan çevik müdafiə sistemi yaratmağa imkan verəcək: “Bundan əlavə, bu, birgə əməliyyatların effektivliyini artıracaq və Yaponiya ilə ABŞ arasında əməkdaşlığı inkişaf etdirəcək”.
Özünümüdafiə Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı fövqəladə hallarda və sülh dövründə dəniz, hava və quru qoşunlarına komandanlıq etmək üçün məsuliyyət daşıyacaq.
Bəxtiyar CƏFƏRLİ