Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə oyun “Sumqayıt” üçün uğurlu alınıb.
Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi doğma arenasında rəqibini 3 cavabsız qolla üstələyib.
Maraqlıdır ki, “kimyaçılar” cari mövsüm ilk böyükhesablı qələbəsini qazanıb. Bu, klub tarixinin Premyer Liqada həm də 10-cu böyükhesablı qalibiyyətidir. Komanda onlardan 6-nı evdə, 4-nü isə səfərdə reallaşdırıb.
Beləliklə, “Sumqayıt” 1 illik həsrətə də son qoymuş olub. Komanda axırıncı dəfə 2024-cü ilin aprelində “Turan Tovuz”la (4:1) səfər qarşılaşmasında darmadağına sevinmişdi.
Bu, həm də “Sumqayıt”ın çalışdırıcısı Vaqif Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.