Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız AVRO-2026-nın əsas seçmə mərhələsində 4-cü matçına çıxacaq.
V qrupda yer alan Vitali Borisovun yetirmələri Yunanıstanla qarşılaşacaq. Matç Afinada baş tutacaq. Hesabında qələbə olmayan millimiz ilk uğurunu səfərdə əldə etməyə çalışacaq.
Qeyd edək ki, qrupun digər görüşündə Xorvatiya İsveçi qəbul edəcək.
AVRO-2026-nın əsas seçmə mərhələsi
V qrup, IV tur
11 mart
21:00. Yunanıstan – Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Bolqarıstan)
Afina. DAİS Sports Hall
1 | Xorvatiya | 3 | 3 | 0 | 0 | 13-4 | 9 |
2 | Yunanıstan | 3 | 1 | 1 | 1 | 6-4 | 4 |
3 | Azərbaycan | 3 | 0 | 2 | 1 | 7-14 | 2 |
4 | İsveç | 3 | 0 | 1 | 2 | 6-10 | 1 |
İdman.biz