AZ

Almaniyanın hava limanlarında irimiqyaslı tətillər başladı

Almaniyanın

Almaniyanın 13 hava limanında irimiqyaslı tətillər başlayıb.“Ulusum”.az xəbər verir ki, bu barədə DPA agentliyi həmkarlar ittifaqının nümayəndəsinə istinadən məlumat yayıb.Bildirilir ki, tətillər 10 mart bazar ertəsi saat 00:00-da başlayıb.Berlin, Bremen, Hamburq, Hannover, Dortmund, Düsseldorf, Münhen, Ştutqart, Frankfurt am Mayn, Köln/Bonn və Leypsiq/Halle hava limanlarında tətillər keçirilir. Nəticədə Almaniyanın böyük hissəsində hava nəqliyyatı iflic vəziyyətə düşüb.ADV assosiasiyasının ilkin hesablamalarına görə, tətillər səbəbindən 3400-dən çox reysin ləğv ediləcəyi və təxminən 510 min sərnişinin planlarının pozulacağı gözlənilir.

Diqqət Çəkənlər

Həftəlik bürclər: 10-17 MART

ABŞ-da azyaşlılara "kredit" verildi: Şok edici faktlar

Ukrayna Almaniya ilə memorandum imzaladı

Seçilən
11
ulusum.az

1Mənbələr