AZ

Avropa Parlamenti Bakıda saxlanılan erməni əsirləri müzakirə edəcək- ÖZƏL

12 martda Avropa Parlamentinin Strasburqdakı plenar iclasında Bakıda qanunsuz saxlanılan erməni əsirləri müzakirə olunacaq. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldən məlumat verilib. İnsan haqları, demokratiya və hüququn aliliyi ilə bağlı debatlar çərçivəsində Avropa parlamentarilərinin diqqət mərkəzində bu məsələ olacaq.

Müzakirə "Azərbaycanın erməni əsirləri üzərində qanunsuz həbsləri və saxta məhkəmə prosesləri, o cümlədən Qarabağın keçmiş siyasi rəhbərlərinə qarşı irəli sürülən ittihamlar" mövzusu altında aparılacaq. 13 martda isə bu məsələ ilə bağlı təcili qətnamə səsverməyə çıxarılacaq.

Azərbaycan tərəfi 23 erməni hərbi əsirin saxlanıldığını təsdiqləyib. Bununla yanaşı, Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, eləcə də digər keçmiş yüksək vəzifəli şəxslər-David İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan və Ruben Vardanyan barəsində cinayət işləri açılıb. Həmçinin Vasili Beqlaryan, Erik Kazaryan, David Alaxverdyan və digər şəxslər barəsində ittihamlar irəli sürülüb.

Xüsusilə, Ruben Vardanyanın işi ayrıca icraata götürülüb və məhkəmə prosesi ayrıca aparılıb. Fevralın 25-də keçirilən məhkəmə iclasında Vardanyanın səhhəti pisləşib, lakin məhkəmə sonradan davam etdirilib. Ailəsi və vəkili onun sağlamlıq durumu və ehtimal olunan işgəncələrdən narahatlıqlarını bildiriblər.

Fevralın 28-də Ermənistan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı bəyanat yayıb.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
1
olaylar.az

2Mənbələr