Futbol üzrə Azərbaycan milli komandasının Belausa qarşı keçirəcəyi yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb. 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlər qiymətlərinə görə, 4 kateqoriyaya bölünüblər.

Ən ucuz biletlər 2-ci kateqoriyaya aiddir və 2 manata satılır. 1-ci kateqoriya 5, VIP biletlər isə 10 manat dəyərindədir. Oyunu VIP Lounge Sector-da izləmək istəyənlər isə 50 mnat xərcləmədirlər.

Biletləri iticket.az satış məntəqələrindən - Bakıda Gənclik Mall, 28 Mall, 1 və 2 nömrəli köşklərdən, eləcə də 1, 2, 3 və 4 saylı ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündür. Sumqayıtda yaşayan futbol həvəskarları isə 1 saylı Regional Asan xidmət mərkəzinə baş çəkə bilərlər.

Oyun günü stadionun kassalarında da bilet satışı təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan -  Belarus martın 25-də saat 21:45-də Abşeron rayonunun Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da başlanacaq.