AZ

92 günlük seriya qırıldı

“Sumqayıt” qolsuz oyunlar seriyasına son qoyub.

Msport.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə oyunda rəqib qapısından 3 cavabsız top keçirib.

Qarşılaşmada hesabı açan Roi Kehat bununla 876 dəqiqəlik qolsuzluq seriyasını qırıb. Halbuki buna qədər “Sumqayıt” 92 gün ərzində keçirdiyi 9 matçda fərqlənə bilməmişdi. 2024-cü ilin dekabrından bəri “gənclik şəhəri” təmsilçisi “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) görüşlərdə qol vura bilməmişdi.

Bu, Azərbaycan çempionatları tarixinin ən uzun qolsuz oyunlar seriyasında 2-ci göstəricinin təkrarı olub. 2001-02 və 2003-04 mövsümlərini əhatə edən müddətdə “Dinamo” 9 oyunda qolsuz qalmışdı.

Bu baxımdan antirekord “Xəzər Lənkəran”a məxsusdur. Cənub klubu 2015-16 mövsümündə ardıcıl 15 matçda rəqib qapılarına yol tapa bilməyib.

Seçilən
26
msport.az

1Mənbələr