Kilian Mbappe yeni rekorda imza atıb.
Yenisabah.az xəbər verir ki, "Real"in 26 yaşlı hücumçu bunu La Liqanın "Rayo Valyekano" ilə oyununda (2:1) fərqlənməklə bacarıb.
Kilian cari mövsümdə - "Real"dakı debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb. Bununla da o, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu adını qazanıb.
Əvvəlki rekord keçmiş hücumçu Mişel Platiniyə məxsus idi - 1982/1983 mövsümündə "Yuventus"un heyətində 28 qol.
Telegram kanalımız