AZ

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali MakedoniyaRespublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Trend xəbər verir ki, hər ikiölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ŞimaliMakedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsidüzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya PrezidentiQordana Silyanovska-Davkovanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinəraport verdi.

Şimali Makedoniya Respublikasının və Azərbaycan RespublikasınınDövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında AzərbaycanPrezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti QordanaSilyanovska-Davkovanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Seçilən
8
49
az.trend.az

10Mənbələr