AZ

Yol Polisi sürücüləri diqqətli olmağa çağırdı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, belə hava şəraitində zəncirvari toqquşma hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə yüksək olduğu vurğulanıb.

BDYPİ sürücülərə müraciət edərək sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr