AZ

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Avropa Birliyinin (AB) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
BUTA.TVAPA-ya istinadən xəbər verir ki, AB müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb. Xatırladaq ki, AB-nin Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Qeyd edək ki, AB-nin Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Seçilən
51
9
buta.tv

10Mənbələr