AZ

Azərbaycanda bazar paylarının hesablanması qaydası müəyyənləşdi

Bakı. Trend:

Nazirlər Kabineti “Müvafiq bazarda bazar paylarınınhesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin,həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsiQaydası”nı təsdiqləyib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bu Qayda Rəqabət Məcəlləsinə əsasən hazırlanıb.Onun məqsədləri üçün Herfindal-Hirşman İndeksindən istifadə olunur.Bu indeks müvafiq bazarın məhsul və coğrafi sərhədləri çərçivəsindəfəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarınınkvadratlarının cəmi olaraq hesablanan və ya cəminin 100-ə bölünməsiilə faiz şəklində hesablanan bazar təmərküzləşməsigöstəricisidir.

Bu Qaydada istifadə olunan digər anlayışlar Məcəllə və digərnormativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.Müvafiq bazarın ilk növbədə məhsul sərhədləri, daha sonra isəcoğrafi sərhədləri müəyyən edilir. Müvafiq bazarın məhsulsərhədləri tələb və ya təklif əvəzediciliyi üsulları ilə müəyyənedilir. Müvafiq məhsul bazarının müəyyən edilməsində tələbəvəzediciliyi üsulu təklif əvəzediciliyi üsuluna nəzərən daha üstünhesab edilir. Tələb əvəzediciliyi üsuluna əsasən qiymətləndirməaparmaq mümkün olmadıqda, təklif əvəzediciliyi üsulundan istifadəedilir.

Məqalədə:
Seçilən
37
18
az.trend.az

10Mənbələr