AZ

Pay torpaqlarına sahib olan 58 mindən çox ailəyə dövlət hesabına çıxarış verilib

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin “Torpaq münasibətlərinintənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ciil tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən2021-ci ilin oktyabr ayından etibarən cari ilin mart ayınadəkmülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibiolan 58.024 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384.760dövlət aktı isə çıxarışla əvəz edilib.

Trend-ə bu badədə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, məqsəd əhalinin sosial rifahınınyaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı və fermerlərinsubsidiyalardan faydalanmasının təmin edilməsinə, həmçininvətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə,xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkanyaratmaqdır.

Xatırladaq ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlıbəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəliFərmanın 2.1-ci bəndinə ölkə başçısı tərəfindən 28 fevral 2025-ciildə dəyişiklik edilib. Belə ki, adıçəkilən Fərmanın öncəkiredaksiyasında 2025-ci ilin yanvarın 1-dən etibarən əkinsahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dairdaşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsinəzərdə tutulmuşdur. Lakin müvafiq dəyişikliklə bu müddət 2027-ciilin yanvarın 1-dək uzadılıb.

Seçilən
37
18
az.trend.az

10Mənbələr