AZ

“Birbaşa Bakı”nın futbolçusu: “Məqsədimiz yenidən Azərbaycan çempionu olmaqdır”

Məqsədimiz yenidən çempion olmaqdır.

Bunu “Report”a açıqlamasında “Birbaşa Bakı”nın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan minifutbol çempionatının finalında bu gün qarşılaşacaqları “Zirə” ilə görüşdən öncə deyib.

Milli üzvü son iki ildə qazandıqları çempionluq titulunu qorumağa çalışacaqlarını bildirib:

“Bizi ağır oyun gözləyir. Rəqibimiz həqiqətən çox ciddidir, neçə illərdir çempionluq uğrunda mübarizə aparırlar. Bununla yanaşı, heyətlərində 3 qazaxıstanlı futbolçunun olması oyunun əhəmiyyətindən xəbər verir. Ümumiyyətlə, final oyunları asan keçmir. Ciddi şəkildə hazırlaşmışıq. Baş məşqçimiz meydanda nə etməli olduğumuzu başa salıb. Rəqibi də yetərincə təhlil etmişik. Məqsədimiz yenidən çempion olmaqdır. Son iki ildə qazandığımız çempionluq titulunu qorumağa çalışacağıq”.

Qeyd edək ki, “Zirə” və “Birbaşa Bakı” arasında final matçı bu gün, saat 21:00-da Bakı Tennis Akademiyasında baş tutacaq.

Seçilən
26
34
report.az

10Mənbələr