Bu gün səhər Bakıda nəqliyyatın sıx hərəkət etdiyi küçələrin birində sərnişinlər və sürücülərin iştirakı ilə kütləvi dava-dalaş baş verib.
“AzPolitika” sosial şəbəkələrdə yayılan görüntülərə istinadla xəbər verir ki, bir qrup şəxs avtomobilə hücum edərək onun içərisindəki şəxsləri döyüb.
Kütləvi davanın yol hərəkəti qaydalarının pozulmasına görə baş verdiyi ehtimal olunur. Nəticədə 99 BZ–500 markalı minik avtomobilinə ciddi zərər vurulub.
Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. Hadisə anının görüntülərini təqdim edirik:
“AzPolitika.info”