Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan xarici işlər naziri Murat Nurtleu arasında geniş tərkibdə görüş olub.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Regional və BMT, İƏT, OTS, CICA daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.