AZ

Universitetdəki BİABIBIRÇILIĞI rektoru İbad Abbasovla yanaşı Vüqar Behbudov izləyibmiş / VİDEO

Xəbər verdiyimiz kimi, Bakı Biznes Universitetində (BBU) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdən yayılan görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Universitetin rektoru İbad Abbasovun da iştirak etdiyi tədbirdə oğlan tələbələr qadın müğənnilərdən birini parodiya edib.

32gun.az-ın əldə etdiyi məlumata görə, həmitədbirdə qonaq qismində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov da olub.

Vüqar Behbudov İbad Abbasovla birlikdə tədbiri izləyib.

Xatırladaq ki, ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq memorandumu  imzalanıb.

Ayxan

Seçilən
32
editor.az

1Mənbələr