AZ

1 ay sonra toyu olacaqdı – içib yük maşınına çırpıldı: Tovuzda ağır qəza

Tovuz rayonunda 1 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Heftelik.az” “Apa TV” yə istinadən məlumat verir ki, yol qəzası Tovuzun Qovlar qəsəbəsi ərazisində baş verib.

VAZ 2107 markalı avtomobil hərəkətini itirərək yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən 22 yaşlı Aşağı Quşçu kənd sakini İlham Rüstəmov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, sürücü sərxoş olub və qəza da sürət həddinin aşılması nəticəsində baş verib.

Qeyd edık ki, İ. Rüstəmovun aprel ayında toyu olacaq idi.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Müəllif: Türkan_zadə

Seçilən
17
heftelik.az

1Mənbələr