AZ

Latviya Aİ-ni Rusiya aktivlərini müsadirəyə çağırır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Rusiya aktivlərinin əlavə müsadirəsi məsələsini müzakirə edir. Politiconun məlumatına görə, söhbət Rusiya Mərkəzi Bankının 200 milyard avro dəyərində olan ehtiyatlarından gedir ki, bu vəsaitlər Ukraynanın maliyyələşdirilməsinə yönəldilə bilər.

Bu təşəbbüsün əsas təşəbbüskarı Latviya Bankının rəhbəri Martınş Kazaks olsa da, Aİ daxilində bu fikri birmənalı qarşılamayan nümayəndələr var. Buna baxmayaraq, Fransa artıq 195 milyon avro həcmində yeni hərbi yardım paketi ayırıb və bu vəsait dondurulmuş Rusiya aktivlərinin faiz gəlirlərindən maliyyələşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr