1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xorvatiyanın Osiyek şəhərində 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, yarışın son günündə tapança ilə atəş açan qarışıq komandalar mübarizə aparıb.
Azərbaycanın iki dueti hədəf önünə keçib. Xanna Əliyeva və Ruslan Lunyov 572 xalla təsnifatda 5-ci yeri tutublar. Onları bürünc uğrunda matça vəsiqədən bir xal ayırıb.
Zeynəb Sultanova ilə Elvin Astanovun yer aldığı komanda 566 xalla 18-ci olub.
Qeyd edək ki, yarışda 31 duet mübarizə aparıb.