Bakı. Trend:
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilənAzərbaycan-İspaniya biznes forumunda iqtisadiyyat nazirinin birincimüavini Elnur Əliyev deyib.
O, əvvəlcə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərindəbərpa və yenidənqurma işlərinin “ağıllı şəhər” və “ağıllı kənd”konsepsiyalarına uyğun həyata keçirildiyini diqqətə çatdırıb: "Bunagörə də, İspaniya şirkətlərinin bu layihələrdə fəal iştiraketməsindən məmnunuq. Bundan əlavə, Şərqi Zəngəzur və NaxçıvanMuxtar Respublikası bərpa olunan enerji sektorunda əhəmiyyətlipotensiala malikdir və yaşıl enerji zonaları kimi müəyyən edilir.Hesablamalara görə, regionda 7,2 giqavat günəş enerjisi və 2giqavat külək enerjisi potensialı var. Biz bu potensialdan istifadəetmək və onun payını artırmaq üçün beynəlxalq tərəfdaşlarla sıxəməkdaşlıq edirik. 2030-cu ilə qədər bərpa olunan enerji ümumienerji istehsalının 30%-nə çatacaq".
E. Əliyev qeyd edib ki, xüsusilə işğaldan azad edilmişərazilərdə regionun ən böyük günəş qurğularından biri olan 240meqavatlıq günəş elektrik stansiyasının tikintisinə başlanıb.
"Bu layihə təkcə bizim təmiz enerjiyə sadiqliyimizi nümayişetdirmir, həm də Azərbaycanın bərpa olunan enerji sektoruna olanetimadı və beynəlxalq investorların etimadını göstərir", - deyəE.Əliyev vurğulayıb.