AZ

Dünya bazarında neftin qiyməti cüzi artıb

Dünya bazarında neftin qiyməti dünən əvvəlki itkiləri bərpa edərək cüzi artım nümayiş etdirib. 

"Cebheinfo.az" xəbər verir ki, "Brent" markalı neftin fyuçersləri 18 sent (0,3%) bahalaşaraq 69,46 dollar/barelə çatıb. 

"West Texas Intermediate" (WTI) markalı neft isə 9 sent (0,1 %) bahalaşaraq 66,12 dollar/barelə yüksəlib.

ABŞ-nin DBS Bank-ın enerji sektoru üzrə rəhbəri Suvro Sarkar bildirib ki, “Brent” markalı neftin 70 dollar ətrafında qalması bazar üçün güclü dəstək nöqtəsidir və texniki baxımdan qiymətlər yüksələ bilər.

"Əgər neftin qiyməti 70 dollardan aşağı düşərsə və bu vəziyyət uzun müddət davam edərsə, hasilatın artırılması dayandırıla bilər. “OPEC+” həmçinin Tramp administrasiyasının İran və Venesuelaya qarşı siyasətini diqqətlə izləyəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ artıq “Chevron” şirkətinin Venesueladakı fəaliyyətinə lisenziyanı ləğv edib. Hələlik İrana qarşı sanksiyaların sərtləşdirilib-sərtləşdirilməyəcəyi məlum deyil. 

ABŞ-nin ticarət naziri Hovard Lyutnik isə Tramp administrasiyasının Kanada, Meksika və Çinlə tarif siyasətində güzəştə getməyəcəyini vurğulayıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ötən həftə bildirib ki, “OPEC+” apreldən hasilatı artırmağa razılaşıb. 

Bununla belə, bazarda balanssızlıq yaranacağı halda bu qərarın ləğv edilə biləcəyi istisna edilmir.

Seçilən
20
cebheinfo.az

1Mənbələr