AZ

Bakıda sürücünü maşından çıxarıb döydülər – ANBAAN GÖRÜNTÜLƏR

Bakıda küçədə kütləvi dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

***

11:02

Bakıda “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü döyülüb.

Busaat.az xəbər verir ki, görüntülər sosial mediada paylaşılıb.

Bir qrup şəxs avtomobilin sürücüsünü maşından çıxarıb döyüblər. Hücum edən şəxslər avtomobili yarasız hala salıblar.


Seçilən
33
busaat.az

1Mənbələr