AZ

Xərçəng əleyhinə yeni dərman hazırlanıb



Bu il xərçəng əleyhinə yerli dərman qeydiyyata alınacaq. Sputnik Qazaxıstanın müxbiri xəbər verir ki, bu barədə elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.
Hazırda xərçəng dərmanı klinik sınaqdan keçirilir.
"Ötən il tədqiqatın birinci mərhələsi olub. İndi orada iştirak edən xəstələrin sayı artıb və xərçəngin bütün növləri yoxlanılır. Keçən il yalnız yoğun bağırsaq xərçəngi öyrənilib. Biz bu dərmanı qeydiyyatdan keçirib ilin sonunda bazara çıxarmağı planlaşdırırıq", - Nurbek hökumətin brifinqində deyib.
Nazirin sözlərinə görə, tədqiqatların nəticələri yaxşı və sabitdir.
“İlin sonunda biz hər şeyi ümumiləşdirəcəyik və xüsusi mətbuat konfransı keçirəcəyik”, - deyə nazir yekunlaşdırıb.
Seçilən
42
newscenter.az

1Mənbələr