Naxçıvan, 11 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 652,9 min manat olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 4,4 milyon manat təşkil edib və proqnoz 105,5 faiz icra olunub.