Ukrayna ordusu gecə boyu pilotsuz uçuş aparatları ilə Moskva və ətraf yaşayış məntəqələrinə hücum edib.
AzadMedia.az xəbər verir ki, kütləvi hücumlar nəticəsində bir nəfər həlak olub 3 nəfər yaralanıb.
Moskva meri Sergey Sobyanin Moskva və ətraf ərazilərə 69 İHA-ilə hücum təşkil edildiyini və bəzi binalara ciddi ziyan dəydiyini deyib.
Hücumla əlaqədar, Moskvanın bütün hava limanlarında uçuşların dayandırıldığı qeyd edilir.
Rusiya Müdafiə Nazirliyi açıqlamasında həmçinin gecə boyu 337 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib
Açıqlamada onlardan 91-nin Moskva, 126-nın Kursk, 38-inin Byransk, 25-inin Belqorod, 22-nin Ryazan və 10-unun Kaluqa bölgələri üzərində vurulduğu qeyd edilib.
Moskva meri Sergey Sobyanin gecə saatlarında başlayan dron hücumlarının hələ də davam etdiyini bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta