AZ

Tramp akisyaya çıxan əcnəbi tələbələri hədələdi: "Deportasiya edəcəyik"

ABŞ prezidenti Donald Tramp Kolumbiya Universitetindəki etirazlara rəhbərlik edən fələstinli tələbə Mahmud Xəlilin həbs olunması ilə bağlı xəbərdarlıq yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, "Truth Social" media hesabında yazıb.

Tramp Fələstinlə bağlı aksiyalara qatılan və İsrailə qarşı çıxan tələbələrə heç bir güzəşt etməyəcəklərini, onları deportasiya edəckələrini  deyib: "Fələstin tərəfdarı tələbələr həbs edilərək deportasiya olunacaq. Artıq Miqrasiya və Gömrük Mühafizəsi işçiləri Kolumbiya Universitetinin kampusunda yaşayan radikal Həmas tərəfdarı olan əcnəbi tələbə Mahmud Xəlili böyük qürurla saxlayıb. Bu, daha sonra saxlanılavaq belələri üçün bir ilkin başlancığıdır".

Kolumbiya və bəzi digər universitetlərdə Fələstin tərəfdarı olan tələbələri “terrorçu”, “anti-semit” və “antiamerikan” adlandıran ABŞ prezidenti bildirib ki, Tramp administrasiyası bunlara səbrli yanaşmayacaq: "Biz belələrini bir daha geri qayıtmaq şansı verilmədən ölkədən qovacağıq"

Firudin Səfərli
MİA.AZ

Seçilən
12
mia.az

1Mənbələr